31 Oktyabr 17:08
31 Oktyabr 16:39
G7 Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları fonunda Kiyevə dəstək vəd edir
"Azərbaycan və Sudan arasındakı münasibətlər uzun illərə söykənir"
Rusiya 2026/2027-ci tədris ili üçün azərbaycanlı tələbələrə 280 dövlət sifarişli yer ayırır
Azərbaycanda elektron ticarətin payı nağdsız ödənişlərin 88 %-nə yaxınlaşıb
14 Aprel 2021 10:27
3 542
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans Diter Flikin komandasını sonuncu dəfə Çempionlar Liqası matçına çıxarıb.
Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin və Münhen təmsilçisinin sabiq futbolçusu Lotar Matteus açıqlayıb.
O, Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyunundan (1:0) sonra bildirib ki, Flik yayda “Bavariya”nı tərk edəcək: “Bu, Hans Flikin Çempionlar Liqasında “Bavariya” ilə son oyunu oldu. O, Almaniya Futbol İttifaqının yığmada Yoahim Lövü əvəzləməyə əsas namizədidir. O, yayda onların təklifini qəbul edəcək və milli komandaya gedəcək”.
Matteus “Bavariya”nın da yeni çalışdırıcısının kimliyinə aydınlıq gətirib. O qeyd edib ki, münhenlilər “Leypsiq”in baş məşqçisi Yulian Naqelsmanla anlaşacaq.
Qeyd edək ki, ilk oyunda 2:3 hesabı ilə uduzan “Bavariya” 1/4 final səddini keçə bilməyib.
31 Oktyabr 17:55
1 204
31 Oktyabr 17:06
1 281
31 Oktyabr 16:17
1 218