Azərbaycan milli komandalarında baş məşqçilərin yeri dəyişdirilib İdman

Azərbaycan milli komandalarında baş məşqçilərin yeri dəyişdirilib

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yenidən bərpa olunub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Rəşad Sadıqovun gedişindən sonra fəaliyyəti dayandırılan U-20-yə yeni baş məşqçi təyin edilib.

U-21 millisi üçün oyunçu hazırlamaqdan məsul olan bu komandaya Samir Əliyev baş məşqçi təyin olunub. Bu da aşağı yaş qrupu üzrə yığmaların baş məşqçi yerdəyişmələrinə səbəb olub. Yalnız U-21 və əsas yığmaların çalışdırıcıları postunda qalıb.

Digərləri - Aqil Nəbiyev U-16-dan U-17-yə, Miloş Velebit U-17-dən U-18-ə, Elxan Abdullayev isə U-18-dən U-19-a keçid edib. Adıçəkilən mütəxəssislər sərəncamlarında olan oyunçularla birlikdə bir yaş qrupu yuxarı milliyə yüksəlib.

Qeyd edək ki, U-21 yığmamıza Milan Obradoviç, əsas milliyə isə Canni de Byazi rəhbərlik edir.