“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
9 İyun 2021 09:23
7 280
Efiopiyalı idmançı Letesenberq Qidey Niderlandda keçirilən turnirdə 10 min metrə qaçış üzrə yeni dünya rekorduna imza atıb.
"TASS"ın verdiyi məlumata görə, 23 yaşlı L.Qidey 10 min metr məsafəni 29 dəqiqə 1,3 saniyəyə qət edib və iyunun 5-i Niderland idmançısı Sifan Hassanın təyin etdiyi rekordu qırıb.
Efiopiyalı idmançı qeyd edib ki, dünya rekorduna imza atmaq niyyətində idi: "Dünya rekorduna imza atacağıma ümid edirdim. Əlbəttə, növbəti dəfə rekordumu qırmağa çalışacağam".
Qeyd edək ki, LQideyin 23 yaşı var, o Dünya çempionatının gümüş medalçısıdır. Efiopiya idmançısının Dünya Kros Çempionatlarında beş qızıl və bir gümüş medalı var.
10 Sentyabr 21:12
630
10 Sentyabr 19:16
749
9 Sentyabr 17:47
1 113