Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
30 İyun 2021 09:09
8 365
“Avro-2020”nin səkkizdəbir final mərhələsi çərçivəsində Şotlandiyanın Qlazqo şəhərindəki “Hampden Park” Arenada keçirilən İsveç-Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Ukrayna yığmasının üzvü Aleksandr Zinçenko görüşün ən yaxşısı seçilib. A.Zinçenko İsveç millisi ilə matçda ilk qolun müəllifi olub.
Qeyd edək ki, İsveç millisini “Avro-2020”dən kənarlaşdıran Ukrayna yığması tarixində ilk dəfə turnirin dörddəbir final mərhələsinə yüksəlib. Növbəti mərhələdə Ukrayna millisi İngiltərə yığması ilə qarşılaşacaq. Matç iyulun 3-də Romada təşkil olunacaq.
24 Dekabr 11:29
1 106
23 Dekabr 15:28
1 505
22 Dekabr 15:06
2 114