“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
9 Dekabr 2021 11:28
17 031
Böyüməkdə olan gənc nəslə Vətən müharibəsindəki Şanlı Qələbənin təbliği, doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi daşıyan Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinin Suraxanı rayon turuna yekun vurulub.
Bakı meriyasından "Xalq Cəbhəsi"nə verilən məlumata görə,
rayondakı abad məhəllələrdə keçirilən yarışda “Fatehler”, “Qələbə”, “Laçın”, “Dəmir yumruq”, “Ağdam”, “Şuşa”, “Zəfər” və “Fizuli” adı daşıyan 8 komanda iştirak edib. Ilkin görüşlərdən sonra final mərhələsinə 4 komada vəsiqə qazanıb. Finalda “Dəmir Yumruq” komandası “Zəfər” komandasına qalib gələrək 1-ci yerə layiq görülüb. 3-cü yerə “Laçın” komandası layiq görülüb. Beləliklə, yarışların Bakı şəhər turunda Suraxanı rayonunu “Dəmir yumruq” komandası təmsil edəcəkdir.
Rayon turunun qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Cavid
18 Sentyabr 19:57
1 204
18 Sentyabr 14:46
1 302
18 Sentyabr 14:46
1 351



