
Azad Rəhimov:"Bu proses yüksәk sәviyyәdә təşkil olunub"
"Avrora Oyunları ilә bağlı tәşkilati mәsәlәlәrә iki il vaxt sәrf etmişik". Bu sözlәri Azərbaycanın gәnclәr vә idman naziri Azad Rәhimov deyib.
Nazir xırda detallara da diqqәt yetirdiklərini söyləyib: "Kiçik mәsәlәlәr belә tәdbirlәrdә böyük rol oynayır. Mәn insanların yanaşmasının bu sәviyyәdә olmasını gözlәmirdim. İnsanların üzündә tәbәssüm var, könüllülәrdәn çox mәmnunam. Oyunların bir hissәsi başa çatıb vә bu, bir az kәdәrlidir. Bu yeni layihәni dünya ölkәrinә, federasiyalara tәqdim etmәk üçün tədbiri bu sәviyyәdә keçirməklə düzgün addım atdıq. Bu, yüksәk sәviyyәdә idman yarışı olmaldır. Ola bilәr növbәti mәrhәlәlәrdә bu qәdәr tәntәnәli aşılış olmasın. Avrora idmançılarının illәrdir qitә naliyyәtlәri yox idi".
Xarici mediada dərc olunan bəzi yazılara toxunan nazir idmana siyasәtin qarışmasını istəmədiklərini söyləyib və bu kimi halları pislәyib: "Mәnim buna münasibәtim neqativdir".
Azad Rәhimov Bakı-2015 I Avropa Oyunlarında biletlәrin çatışmazlığı ilə bağlı mәsәlәyə toxunarkən deyib ki, xırda texniki problemi yaranan kimi hәll olunur: "Bu, Oyunlara marağın yüksәk olması ilә bağlıdır. Biletlәrin satışı şәffaf şәkildә hәyata keçirilir. Bu proses yüksәk sәviyyәdә təşkil olunub. Tamaşaçıların Oyunlara marağı böyükdür".
Nazir bildirib ki, şahmat üzrә dünya çempionatına hazırlıqla əlaqədar ofis yaradılıb: "Hazırda plan tərtib olunur. Bu sahәdә problem yoxdur. Әsas işlәr yarışa yaxın başlayacaq. "Formula 1" yarışı ilә bağlı da qruplar gәlir. Burada әsas mәsәlә asfalt örtüyünün dәyişdirilmәsidir".
Nazir "Avro2020"yә xeyli vaxtın qalmasına baxmayaraq, bu istiqamәtdә dә artıq işçi qrupu işlәdiyini bildirib.
Azad Rəhimovr Avropa Oyunlarının yarışçılar üçün böyük sınaq olduğunu qeyd edib: "12 idman növü üzrә yarışlarda "Rio 2016" üçün vәsiqә qazanılacaq. Bu yarışlara bir il qalıb. Yarışlar idmançıların hәmin oyunlara psixoloji durum vә gәrginlik baxımından hazırlaşması üçün әla fürsәtdir".