ABŞ Putin və Lavrovun ailə üzvlərinə sanksiya tətbiq edib Dünya

ABŞ Putin və Lavrovun ailə üzvlərinə sanksiya tətbiq edib

ABŞ Rusiya Prezidenti Vladimir Putinin qızları - Katerina Tixonova və Mariya Putinaya sanksiya tətbiq edib.

APA "CNBC News"a istinadən xəbər verir ki, ABŞ Putinin qızları ilə yanaşı, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına da sanksiya tətbiq edəcək.
Rusiyanın sabiq Prezidenti və sabiq Baş naziri Dmitri Medvedev və Baş nazir Mixail Mişustinə də sanksiyaların tətbiq olunacağı gözlənilir.

“Biz hesab edirik ki, Putinin var-dövlətinin çox hissəsi onun ailə üzvlərinin adınadır və buna görə də biz onları hədəfə alırıq”, - adı açıqlanmayan yüksək səviyyəli administrasiya rəsmisi bildirib.