22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
11 Aprel 2022 12:19
4 354
Sovet totalitar rejimi dövründə dini birliklərə dəymiş maddi və mənəvi zərərin qismən ödənilməsi üçün 4 dini quruma əlavə olaraq 1 milyon lari paylanacaq.
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə Dini Məsələlərlə İş üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, müsəlman icmasına 600 min lari, erməni kilsəsinə 200 min lari, yəhudi və katolik icmalarına isə 100-100 min lari əlavə olunacaq.
Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili sovet totalitar rejimi dövründə dini birliklərə dəymiş maddi və mənəvi zərərin qismən ödənilməsi məqsədilə 2022-ci ilə qədər 4,5 milyon lariyə 1 milyon lari əlavə etmək qərarına gəlib.
Hökumət administrasiyasının bildirdiyinə görə, Gürcüstan hökuməti dini idarələrin maliyyələşdirilməsinin artırılmasında bir sıra mühüm məsələləri, o cümlədən din xadimlərinin və dini binaların sayının artırılmasını rəhbər tutmuş və qərar Dini Agentlik və dini idarələrlə məsləhətləşmələr əsasında qəbul edilmişdir.
Cavid
22 Dekabr 19:59
1 064
22 Dekabr 19:23
1 078
22 Dekabr 19:02
1 134