9 Sentyabr 23:45
9 Sentyabr 23:12
19 Aprel 2022 18:14
4 025
Rusiyada, Moskva vilayətinin Novo-Oqaryovo şəhərində Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla grüşü keçirilir.
Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, N.Paşinyanın bu gün Rusiyaya ikigünlük səfəri başlayıb. Görüş zamanı tərəflər arasında əsas müzakirə mövzusunun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi olacaq.
Həmçinin, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının müddəalarının icrası məsələsini müzakirə edəcək.