Britaniya kəşfiyyatı: "Ukraynada Rusiyanın ən qabaqcıl ən az 1 T-90M tankı məhv edilib" Dünya

Britaniya kəşfiyyatı: "Ukraynada Rusiyanın ən qabaqcıl ən az 1 T-90M tankı məhv edilib"

Rusiyanın ən az 1 ədəd T-90M tankı Ukraynadakı döyüşlərdə məhv edilib.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, ilk dəfə 2016-cı ildə təqdim edilən T-90M tankları Rusiyanın ən qabaqcıl tanklarıdır və inkişaf etdirilmiş zirehə, müasir silahlara və artırılmış peyk-naviqasiya sistemlərinə malikdir.
Əlavə olunub ki, hazırda təxminən 100 T90M tankı Rusiya ordusunun Ukraynada da döyüşən ən yaxşı təchizata malik bölmələrinin xidmətindədir.
Bildirilib ki, tankın inkişaf etdirilmiş zirehi tank əleyhinə silahlara dözümünün artırılması məqsədi ilə dizayn edilsə də digər güc elementləri ilə dəstəklənmədiyi təqdirdə hələ də müdafiəsiz qalır.
"Ukraynadakı münaqişə Rusiyanın bəzi ən bacarıqlı bölmələrinə və ən qabaqcıl imkanlarına ağır zərbə vurur. Bu münaqişədən sonra Rusiyanın silahlı qüvvələrini yenidən formalaşdırması üçün xeyli vaxt və xərc tələb olunacaq. Rusiyanın kritik mikroelektronik komponentlərə çıxışını məhdudlaşdıran sanksiyalar səbəbilə xüsusilə də modernləşdirilmiş və qabaqcıl vasitələrin əvəzlənməsi çətin olacaq", - deyə məlumatda vurğulanıb.