

Rusiya-Ukrayna danışıqlarında irəliləyiş yoxdur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya-Ukrayna danışıqları irəli getmir. Kiyevin danışıqları davam etdirmək istəyi yoxdur”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna danışıqları bir neçə raund əyani formatda əvvəl Belarusda, daha sonra İstanbulda keçirilib. Danışıqlar daha sonra onlayn formatda davam etdirilib.