Ukrayna BQ: Rusiya ordusu Xarkov istiqamətində müdafiəyə keçib Dünya

Ukrayna BQ: Rusiya ordusu Xarkov istiqamətində müdafiəyə keçib

Rusiya Xarkov istiqamətində əsas səylərini işğal edilmiş ərazilərin sərhədlərinin saxlanılmasına və Ukrayna qüvvələrinin hücumunun qarşısının alınmasına yönəldib.

APA-nın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında belə qeyd olunub.
Bildirilib ki, Rusiya qoşunları Rubejnidə Ukrayna qüvvələrinin potesnial hücum istiqamətinin uzaqdan minalanmasını həyata keçirir.

Əlavə olunub ki, Slavyansk istiqamətində Rusiya əsas səylərini İzyuma hücumun davam etdirilməsinə cəmləyib və Dolina istiqamətində hərəkət etməyə cəhd edir.

Məlumatda Rusiya qoşunlarının Bazilivka, Brajkivka və Qruşuvaxa yaşayış məntəqələri istiqamətindəki Ukrayna mövqelərini top atəşinə tutduğu, Ukrayna mövqelərinin aşkarlanması məqsədi ilə PUA-lardan istifadə etdiyi bildirilib.

Qeyd olunub ki, Donetsk istiqamətində artilleriya ilə yanaşı helikopter və təyyarələrdən istifadə edilir.