21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Norveç Baş naziri: “Rusiyanın mümkün təhdidlərinə hazır olmalıyıq”
Səudiyyə Ərəbistanı Nəcran bölgəsində “fövqəladə vəziyyət” elan etdi
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib
10 İyun 2022 08:56
3 892
Kanada NATO-nun ölkə ÜDM-nin 2%-ni müdafiəyə ayırmaq tələblərini yerinə yetirmək üçün növbəti beş il ərzində hərbi büdcəsini 75,3 milyard dollar artırmalıdır.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunu Britaniya parlamentinin büdcə komitəsinin təmsilçisi İv Jiru bildirib.
Onun hesablamalarına görə, tələb olunan xərc səviyyəsinə nail olmaq üçün hərbi büdcə 2022-2023-cü maliyyə ilində 36,3 milyard dollardan 2026-2027-ci ildə 51 milyard dollara yüksəlməlidir.
Eyni zamanda, parlamentari belə qənaətə gəlir ki, bu qədər vəsait Kanada üçün “əlçatmaz” olaraq qalır, lakin o, beş ildən sonra “standart”la fərqin azalacağını gözləyir.
2021-ci ildə Kanada hökuməti ÜDM-nin təxminən 1,36%-ni silahlı qüvvələrin saxlanmasına xərcləyib ki, bu da Belçika, Lüksemburq, Sloveniya və İspaniya istisna olmaqla, NATO üzvləri arasında ən aşağı xərc səviyyəsi olub.