Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq etməməklə düz etdi? - SORĞU Dünya

Gürcüstan Rusiyaya qarşı sanksiya tətbiq etməməklə düz etdi? - SORĞU

Gürcüstan vətəndaşlarının 69,8 faizi “Gürcü Arzusu” hakimiyyətinin Ukraynadakı böhrana görə Rusiyaya tətbiq edilən sanksiyalara qoşulmama qərarını düzgün hesab edir.

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə GORBI Beynəlxalq İctimai Rəy və Biznes Mərkəzinin 2-7 iyun tarixlərində apardığı sorğunun nəticələrində deyilir.

Məlumata görə, respondentlərin 27,1 faizi hakimiyyətin indiki siyasi addımı ilə razı deyil, 3,1 faizi isə suala cavab verə bilməyib.

Bundan əlavə, sorğuda iştirak edənlərin 77,6 faizi də “Gürcü Arzusu”nun ölkəni Rusiya-Ukrayna konfliktinə cəlb etməməsi siyasəti ilə razıdır. 20,8 faizlik kəsim rəsmi Tbilisinin bu mövqeyinə mənfi yanaşır, 1,6 faiz isə mövqeyini müəyyən edə bilməyib.
Cavid