"Rusiya-Ukrayna savaşı növbəti muzdlu ixracına təkan verib"-Zahid Oruc Dünya

"Rusiya-Ukrayna savaşı növbəti muzdlu ixracına təkan verib"-Zahid Oruc


"2014-2015 ci illərdə Yaxın Şərqdəki savaşa aldadılaraq qatılan vətəndaşların qarşısını almaq üçün o zaman bir sıra sərt hüquqi-siyasi tədbirlər görülmüşdü: Cinayət Məcəlləsində terror birləşmələrinin tərkibində iştirak edənlərə cəzaların sərtləşdirilməsi, vətəndaşlıqdan və ölkədən çıxarılma, eləcə də azərbaycanlıları ələ almağa çalışan casus qruplarına qarşı əkstəbliğat tədbirləri gücləndirilmişdi.Təəssüf ki, o zaman 900-ə yaxın vətəndaşın Suriya və İraqda terror qruplarına qatıldığı, 300-nün həyatını itirdiyini, 200-ə yaxın şəxsin həbs edildiyini, 200-ə qədərinin isə vətəndaşlıqdan çıxarıldığı rəsmən bəyan edilmişdi. İki həftə öncə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri hörmətli Əli Nağıyevin İraq və Suriyada qanunsuz hərbi əməliyatlara qatılan 366 şəxsin, onların ailə üzvlərinin ölkəmizə qaytarıldığını bildirməsi xarici silahlı qruplara qoşulanların mühüm milli təhlükəsizlik problemi olduğunu göstərir. Vətən müharibəsindən 5 il əvvəl bu qədər gəncin sıralarımızdan getməsi razılaşın ki, böyük itkidir".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin növnədənkənar iclasında deyib.
Onun sözlərimə görə, indi Rusiya-Ukrayna savaşı növbəti muzdlu ixracına təkan verib."Hər iki dövlətin rəhbərliyi açıq şəkildə “beynəlxalq könüllülər legion”unu onlara qoşulmağa çağırır.Mötəbər media və teleqram kanallarında minlərlə muzdlunun müxtəlif məqsədlər və bayraqlar altında gəlib orada döyüşdüyünü göstərir"-o qeyd edib.
O daha sonra qeyd edib ki, Ukraynada yaşayan, lakin vətəndaşlarımız olan insanlar da savaşa qatılır və qarşı səngərdən bir-birinə atəş açırlar: "Dəqiq sayları bəlli deyil, lakin Suriyada cihad ideyası ilə müqəddəsliyə can atanlar indi Ukraynada din yox, müxtəlif vədlər, xüsusən də aylıq 1000-3000 dollar muzda görə silahlı qruplara qoşulurlar.Təəssüf ki, bir sıra yerli partiyalar vətəndaşların müharibəyə qatılmasını təşviq edir, çünki Ukraynaya hərbi dəstək siyasi xal qazandırır. Halbuki bir müddət əvvəl Goranboya gətirilib dəfn edilən Elnur Həsənovun itkisini tək ailəsi yaşadı. Əgər biz seyrçi qalsaq, sabah övladlarımızdan legioner tabor düzəldəcəklər. Çoxlarınız əlində silah “mən azərbaycanlıyam” deyib Ukrayna və ya Rusiya rəhbərlərini ittiham edən kadrları görmüsünüz.Heç şübhəsiz, dövlətimizi müharibəyə çəkmək istəyənlər bu muzdlu əməliyyatını bizim hərbi cəhətdən neytral, siyasi baxımdan barış kursumuza qarşı istifadə edirlər.
Ölkəmizi ikinci Qarabağ savaşına xaricdən döyüşçü gətirməkdə ittiham edənlər indi kütləvi muzdlu ixracına yaşıl işıq yandırıblar. Beynəlxalq hüquq iflasa uğrayıb və “Vaqner” tipli hərbi təşkilatlar milli ordulardan önə keçib.Əmək miqrantlarını hərbi mirqasiya əvəzləyib.Bəs biz nə etməliyik-desək ki, onlar gedib rəsmi dövlət ordusuna qoşulursa, cinayətkar deyillər-qoy gedib pul qazansınlar, onda təhlükəli bir prosesə yardımçı olarıq.Onların ölkəmizə gətirəcəyi təhlükəli düşüncə, öldürmək psixologiyası Amerika məktəblərindəki qırğınlar üçün münbit zəmin yaradır. Ölkəmizdə Vaqner ÇVK-ya bənzər beynəlmiləl birləşmə yaratmaq çıxış yolu ola bilməz. Yad maraqlar, yalnız pul naminə, millətin övladları onların olmayan muzdlu müharibəsinə qoşulmamalıdır! Bizim haqq müharibəmiz, nahaq savaşlardan uzaq durmağı tələb edir".

Əli