
Rusiyalıların 74 faizi Ukrayna ilə hərbi konflikt yaranacağı təqdirdə Rusiya rəhbərliyini müdafiə etməyə hazır olduqlarını bildiriblər. Ukrayna mətbuatının xəbərinə görə, bu qənaət Rusiyanın qeyri-kommersiya təşkilatı olan "Levada-senter"in keçirdiyi rəy sorğusundan hasil olub.
Lakin rəyi soruşulanların yarıdan çoxu - 53 %-i iki ölkə arasında müharibəni az ehtimallı sayıb. 77% hesab edir ki, münasibətlərin pisləşməsinə görə məsuliyyət tamamilə və ya əsasən Ukraynanın hazırkı rəhbərliyinin üzərinə düşür. 1/3 hissə düşünür ki, daxili münaqişələr Ukraynada vətəndaş müharibəsinə gətirəcək.