3 Avqust 2022 14:20
3 647
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb.
APA NTV telekanalına istinadən xəbər verir ki, səfər çərçivəsində o, Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Pelosi səfəri zamanı Tayvanla ABŞ arasında ikitərəfli münasibətləri müzakirə edib.
Onun Asiyaya turu çərçivəsində Tayvana səfəri Çin tərəfindən pislənilib.