Rusiya Ukraynaya təbii qazın qiymətini artırıb Dünya

Rusiya Ukraynaya təbii qazın qiymətini artırıb

Rusiya Ukrayna üçün təbii qazın qiymətini artırıb.
APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller jurnalistlərə açıqlamasında bildirib ki, II rübdən etibarən Ukraynaya 1000 kubmetr qazın qiyməti 268,5 dollardan 385,5 dollaradək yüksəlib.
A.Miller bildirib ki, buna səbəb Ukrayna tərəfinin ödənişləri gecikdirməsidir.
"Qazprom" rəhbəri həmçinin qeyd edib ki, II rübdən Rusiya qazının Ukrayna ərazisi ilə tranzit haqqı da artacaq. Artım 10% təşkil edəcək.