Türkiyə ABŞ-ı Venesuelada beynəlxalq hüququ pozmaqda ittiham edib
“Türk dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi günün tələbi, zamanın diktəsidir”
İsrail Livanın “Hizbullah”ı tərksilah etmək səylərini yetərli saymır
“Azərbaycan Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və tərəqqinin aparıcı mərkəzinə çevrilib”
19 Oktyabr 2022 08:59
3 353
Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə hərbçilərinin BMT Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatını bir il müddətinə uzadıb.
Bundan əvvəl ölkənin ali qanunverici orqanının rəhbərliyinə prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq qanun layihəsi təqdim edilib.
Sənədə əsasən, Türkiyə hərbçilərinin Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrində (UNIFIL) qalma müddəti 2023-cü il oktyabrın 31-dək uzadılacaq.
Qanun layihəsində qeyd olunub ki, Türkiyənin UNIFIL-də iştirakı həm BMT sistemində, həm regional, həm də qlobal miqyasda, həm də geniş mülki-hərbi əməkdaşlıq fəaliyyətləri vasitəsilə sülh və sabitliyin qorunması siyasətinə sadiqliyindən irəli gəlir.