Pentaqon rəsmisi: "Rusiya döyüş tanklarının yarısını Ukraynada itirib" Dünya

Pentaqon rəsmisi: "Rusiya döyüş tanklarının yarısını Ukraynada itirib"

"Rusiya, ehtimal ki, əsas döyüş tanklarının yarısını itirib və Kreml üçün strateji uğursuzluğa çevrilən müharibədə dəqiq idarə olunan silahlarının əksəriyyətini istifadə edib.

APA CNN-ə istinadən xəbər verir ki bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl deyib.
"Putin uğursuzluğa düçar oldu. Rusiya bu müharibədən zəif çıxacaq".

O qeyd edib ki, Rusiya fevralda bu müharibəyə başlayandan bəri on minlərlə itki verib, bu da SSRİ-nin Əfqanıstandakı itkilərindən dəfələrlə çoxdur.

"Onlar yəqin ki, bütün Rusiya ordusundakı əsas döyüş tanklarının yarısını itiriblər. Rusiyanın Ukraynadakı quru qüvvələrinin 80%-dən çoxu artıq sıxışdırılıb. Onlar dəqiq idarə olunan sursatlarının əksəriyyətini Ukraynada xərcləyiblər və sanksiyalar və ixraca nəzarət onların ordusunu müharibədən əvvəlki vəziyyətinə qaytarmağı çox çətinləşdirəcək.

Putin bu müharibə ilə Ukraynanı müstəqil, suveren demokratik ölkə kimi məhv etməyə çalışıb. Lakin o, uğursuz oldu və bu, dəyişməyəcək. Suveren, müstəqil, demokratik Ukrayna sonadək dayanacaq", Pentaqon rəsmisi vurğulayıb.