5 Noyabr 23:56
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parada hazırlıq keçirilir - FOTO
“Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq hüququ var”
Rusiya Kamenskoye şəhərinə PUA hücumları edib, 8 nəfər xəsarət alıb
30 Noyabr 2022 08:18
3 402
Norveç Müdafiə Nazirliyi Polşanın "Mesko" şirkəti ilə "Piorun" daşına bilən zenit-raket raket sistemlərinin tədarükü üçün 350 milyon Norveç kronu (təxminən 35 milyon dollar) məbləğində müqavilə imzalayıb.
Bu barədə Nazirliyin açıqlamasında deyilib.
"İlk dəfədir ki, biz Polşanın müdafiə sənayesi ilə belə böyük müqavilə imzaladıq", - deyə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib. "Bu, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın müsbət inkişafından xəbər verir", - deyə o əlavə edib.
Norveç Müdafiə Nazirliyi komplekslərin tədarükünə 2023-cü ildən başlanacağını bildirib.