Blinken ABŞ-ın Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb Dünya

Blinken ABŞ-ın Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb

Amerika tərəfi maraqlı olarsa, ABŞ administrasiyası irəliləyiş ehtimalı olan sahələrdə Rusiya ilə əlaqə saxlamaqda qərarlıdır. "Xalq Cəbhəsi" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CBS telekanalının jurnalistlərinə müsahibəsində deyib, onun stenoqramını ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Amerika diplomatiyasının rəhbərinə Moskva və Vaşinqton arasında rusiyalı Viktor Butun amerikalı Britni Qrinerlə mübadiləsinə dair razılaşmaların ikitərəfli münasibətlərdə dəyişiklik potensialının olduğunu göstərib-göstərmədiyi soruşulub. “Biz ardıcıl olaraq nümayiş etdirmişik ki, yumşaq desək, geniş münasibətlərimizdə problemlər olsa da, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə baxmayaraq, biz konkret məsələlər, müəyyən maraqlar üzərində işləyə bilərik. Biz əvvəldən ədalətsiz şəkildə həbs edilmiş amerikalıları geri qaytarmağa çalışmaq üçün əməkdaşlıq etmişik. Münasibətlərimizin elə hissələri var ki, biz müəyyən əlaqələri davam etdiririk, məsələn, silahlara nəzarət məsələsi. Və biz davam edəcəyik".

Cavid