Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
2016-cı il tənəzzül ili olacaq?

2016-cı il tənəzzül ili olacaq? Dünya

2016-cı il tənəzzül ili olacaq?

İnkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələri ümidləri doğrultmur

Cavid

Yalnız "İnkişaf etməkdə olan bazar iqtisadiyyatlı" ölkələrinin tənəzzülünü anladıqdan sonra ABŞ və gərginliyin hökm sürdüyü fond bazarlarının həssas vəziyyətini anlaya bilərsiniz. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın sözlərinə görə, dünya əhalisinin 85 faizi və qlobal iqtisadiyyatın 60 faizi Çin başda olmaqla, ən yoxsul ölkələrlə birgə bu orta gəlirli ölkələrin payına düşür.
"Washingtonpost" yazır ki, bu ölkələrin qlobal bazara çıxışı bir çox baxımdan qələbədir. Qismən ticarət və beynəlxalq investisiyanın səbəb olduğu sürətli iqtisadi artım yüz milyonlarla insanı yoxsulluqdan çıxardı. Dünya Bankının hesablamalarına görə, dünya əhalisinin təxminən 13 faizinin günlük gəliri 1,90 dollardır və bu göstərici 1990-cı ildə 37, 1981-ci ildə isə 44 faiz olmuşdur.
Təəssüf ki, inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələr hazırda ümidləri doğrultmur və bu, dünya iqtisadiyyatına zərər verir. 2008-2009-cu il maliyyə böhranından sonra bu ölkələrin sürətli artımının yetkin iqtisadiyyata sahib olan ABŞ, Yaponiya və Avropa İttifaqı ölkələri üçün təhlükəsizlik vasitəsi yaradacağı gözlənilirdi. Bir müddət belə də oldu. Laqard Merilend Universitetindəki çıxışında bildirib ki, 2008-ci ildən bəri qobal artımın 80 faizini inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələr təmin edib.
Yüksək gözləntilər olmasına baxmayaraq, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının bir çoxu çökdü. Problemin mərkəzi isə Çindir. Çinin bir vaxtlar 10 faiz olan illik artımı indi 6 faizə doğru azalır. Bu da öz növbəsində xammal, eləcə də, əmtəə qiymətlərinin kəskin şəkildə azalmasına gətirib çıxardı, çünki Çinin tələbatı gözləniləndən zəif oldu.
Nəticədə, əmtəə istehsal edən ölkələrin – Braziliya, Cənubi Afrika, Avstraliya, Kanadanın vəziyyəti çətinləşdi. Güclərini artırmaq üçün yüksək məbləğdə borc götürən şirkətlər hələ də borclarını ödəməkdə çətinlik çəkirlər. "Morgan Stanley"in analitikləri bildirirlər ki, ABŞ banklarının borc öhdəliklərinin ödənilməməsi ehtimallarına qarşı kifayət qədər ehtiyatları var. Eyni şeyi Avropa və inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələrə aid etmək çətindir. Beynəlxalq Maliyyə İnstitutu (IIF) böyük itkilərlə üzləşən bu ölkələrin artıq kredit şərtlərini ciddiləşdirdiyini bildirib.
Bütün bunlar inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələrin əmtəə qiymətləri altında gizlənmiş zəifliyini üzə çıxardı. Braziliya yüksək inflyasiya, büdcə defisitləri və "Petrobras" dövlət neft şirkətində çıxan korrupsiya qalmaqalı ilə mübarizə aparır. Çin isə Laqardın sözləri ilə desək, "sənayedən xidmətlərə, ixracdan daxili bazarlara, investisiyadan istehlaka" keçərək iqtisadiyyatını "yenidən balanslaşdırmağa" çalışır. Kiçik və ya həlli asan olmayan bu problemlərin öhdəsindən gəlmək vaxt tələb edir.
Nəticə etibarilə, dünya iqtisadiyyatının hərəkətverici qüvvələri olan beynəlxalq ticarət və investisiyanın vəziyyəti yaxşı deyil. Halbuki, beynəlxalq ticarət illərlə dünya iqtisadiyyatından daha sürətlə artıb. 1997-ci ildən 2006-cı ilə qədər ticarət hər il 4 faiz böyüyən dünya iqtisadiyyatı ilə müqayisədə 6,8 faiz genişlənib. Bu fərqlər qloballaşmanın daha böyük olduğunu əks etdirirdi. İndi isə belə deyil. 2015-ci ildə ticarət də, dünya iqtisadiyyatı da təxminən 3 faiz böyüyüb.
Eyni şey birbaşa xarici investisiyaya (FDI) – inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələrdə xaricilərin sahib olduğu zavod və müəssiələrə də aiddir. 2015-ci ildə 30 belə ölkədə birbaşa xarici investisiyanın ümumi həcmi 448 milyard dollar olub. 2011-ci ildə isə bu göstərici 606 milyard dollar idi.
ABŞ özünü bu reallıqlardan uzaq tuta bilməz. Əgər ABŞ-ın iqtisadiyyatı sürətlə böyüsəydi, qlobal iqtisadiyyatın zəifləməsi onun üçün daha az önəmli olardı. Amerikalılar pul xərcləyərkən ehtiyatlı davranırlar, çünki hələ də 2008-2009-cu illərin maliyyə böhranının təsirindədirlər. İstehlakçılar daha çox qənaət edərək və borclarını azaldaraq eyni vəziyyətin təkrarlanmasına qarşı özlərini qorumağa çalışırlar. Müəssisələr də investisiya layihələrinə daha az xərc çəkərək eyni şəkildə davranırlar.
Pessimizm çox vaxt özü-özünü bəsləyir. İstehlakçı və şirkətlərin ehtiyatlı davranması daha çox ehtiyat ehtiyacı doğuran təhlükəli bir vəziyyət yaradır. Bu vəziyyətin qarşısını almaq üçün ABŞ iqtisadiyyatına xaricdən təkan verilməlidir. Bir vaxtlar bu təkanın inkişaf etməkdə olan bazar iqtisadiyyatlı ölkələrdən gələcəyi güman edilirdi. Bazarların vəziyyətindan isə bu mesajı almaq olur: sabit bərpa və kəskin durğunluq arasında incə bir xətt var.