Rəsmi Kiyevdən müharibə xəbərdarlığı Dünya

Rəsmi Kiyevdən müharibə xəbərdarlığı

Viktoriya Syumar: "Rusiya Ukraynanın materik hissəsinə qoşun yeritsə müharibə qaçılmazdı"

Rusiya Ukraynanın materik hissəsinə qoşun yeritdiyi halda regionda irimiqyaslı müharibə başlayacaq.
APA-nın "Ukrayna milli xəbərləri"nə (UNN) istinadən verdiyi məlumata görə, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Viktoriya Syumar bəyan edib.
Xatırladaq ki, aprelin 6 və 7-də Ukraynada rusiyameylli qüvvələr Donetsk və Xarkov vilayəti üzrə icra hakimiyyəti, Luqansk və Donetsk təhlükəsizlik xidmətlərinin binalarını zəbt ediblər. Mərkəzi güc strukturlarının rəhbərləri bununla əlaqədar Luqansk və Donetsk şəhərlərinə ezam olunublar.