23 Yanvar 2023 08:48
2 471
Türkiyənin Kocaeli vilayətində yaşayış binalarından birində məişət qazında partlayış baş verib.
Hadisə yerli vaxtla saat 20:30 radələrində 3 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili yardım maşınları və polis göndərilib. Partlayışdan sonra binada baş verən yanğın söndürülüb.