

“Azərbaycana qarşı təxribat haqqında düşünən İrandakı dairələr gəldikdə isə, onlar da uğur qazana bilməyəcək, “düşündüklərinin” və “hesabladıqlarının” əksi ilə üzləşəcəklər”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib. O, əlavə edib ki, birincisi, Türkiyədə ağır zəlzələ baş versə də, qardaş ölkənin ordusu yerindədir və hansısa ölkənin Azərbaycana qarşı təxribatına seyrçi qalmayacaq: “Azərbaycanın düşmənləri “Şuşa bəyannaməsinin” mövcudluğunu unutmasınlar! Bənayatın bəndlərini diqqətlə oxusunlar! İkincisi, Tehranda kimlərsə Ermənistanla birləşərək Azərbaycana qarşı hansısa təxribat barədə düşünürsə, bu İranın bir dövlət olaraq sonunu gətirəcək. İranda yaşayan soydaşlarımız rejimin Arazın bu tayındakı qardaşlarına qarşı təxribatına seyrçi qalmayacaqlar. İkinci Qarabağ müharibəsi zamanı məhz Arazın o tayındakı qardaşlarımızın yaydıqları görüntülər sayəsində öyrəndik ki, İrandan Ermənistana hərbi texnika hansı istiqamətdən ötürülür. Bundan sonra gərəkli tədbirlər görüldü. İranın və Ermənistanın o qədər problemi var ki, onların həlli əvəzinə Azərbaycana hədəf götürmək istəyirlərsə, başda Ali Baş Komandan olmaqla ordumuz və cəmiyyətimiz təxribatçılara var gücüyə cavab verməyə hazırdır!”.
Əli