İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
12 Mart 2023 14:40
2 597
Zəlzələlər nəticəsində dağılan və ya inşaat qaydalarının pozulduğu təsbit edilən binalarla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.
Trend xəbər verir ki, saxlanılanların 279-u həbs edilib, 370 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib.
Bundan başqa, 250 şübhəli barəsində axtarış elan edilib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
25 Mart 17:59
1 323
25 Mart 17:45
1 309
25 Mart 17:30
1 295