Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
15 Mart 2023 19:29
3 416
İsrail Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin İsraillə bağlı son tənqidi şərhlərinə görə ölkəyə səfərinin qarşısını aldığı bildirilir.
Bu barədə İsrail mediası məlumat yayıb.
İsrailə və İordan çayının qərb sahilinə səfər etməkdə maraqlı olduğunu bildirən Borrel bu günlərdə İsrail hökumətinin planlaşdırdığı məhkəmə islahatları ilə bağlı narahatlığını dilə gətirib. Borrel tez-tez mülki fələstinlilərin ölümünə səbəb olan, çox vaxt effektiv cavabdehlik olmadan İsrail hərbi əməliyyatlarını və işğal edilmiş torpaqlarda genişlənən "qanunsuz yaşayış məskənləri"ni tənqid edib.
İsrail mediası xarici işlər nazirliyindəki bir məmurdan sitat gətirib: "Onu (Borrel) davranışına görə mükafatlandırmaq üçün heç bir səbəb yoxdur".
Bildirilir ki, bu addım Borrelin Avropa Parlamentində "İsraildə demokratiyanın pisləşməsi" mövzusunda keçirilən xüsusi sessiyada məhkəmə sisteminin yenidən qurulmasına qarşı çıxışından sonra atılıb.
O, Aİ-nin İsrailin daxili siyasətinə qarışmayacağını, lakin bu dinamikanı müzakirə etmək və bölgədə baş verənləri anlamaqla bağlı tam səlahiyyətə malik olduğunu vurğulayıb.
Qeyd olunub ki, martın 14-də İsrailin xarici işlər naziri Eli Kohen Ali Nümayəndə Borrel ilə telefon danışığı keçirib və burada həm onun şərhlərini, həm də Avropa Parlamentinin sessiyasını pisləyib.
"İsrailli terror qurbanları ilə Fələstin Administrasiyasının dəstəklədiyi Fələstinli terrorçular arasında heç bir müqayisəyə yer yoxdur", - İsrail XİN başçısı Kohen deyib.
24 Oktyabr 22:16
994
24 Oktyabr 21:24
1 064
24 Oktyabr 20:24
1 022