Ukrayna Quru Qoşunlarının komandanı Baxmutda olub Dünya

Ukrayna Quru Qoşunlarının komandanı Baxmutda olub

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut şəhərinin ən qaynar nöqtələrində olub.

Bu barədə “Unian“ məlumat yayıb.

Sırski qeyd edib ki, Baxmutun müdafiəsi zəruridir və şəhərin müdafiə imkanlarından, qurulmuş istehkamlardan, təchiz edilmiş atəş nöqtələrindən məqsədyönlü istifadə olunur.

“Hərbçilərimizin şücaəti, qəhrəmanlığı, silahlardan məharətlə istifadə etmək bacarığı, müxtəlif manevrlər həyata keçirərək şəhərin bütün istiqamətlərdən müdafiə imkanlarını artırır” – Sırski əlavə edib.