Moskva BMT-nin qərarından təəssüflənir Dünya

Moskva BMT-nin qərarından təəssüflənir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib ki, Moskva BMT Təhlükəsizlik Şurasının “Şimal axını”nda təxribatla bağlı beynəlxalq araşdırmaya dair Rusiya-Çin qətnaməsini dəstəkləməmək qərarından təəssüflənir.

"Əlbəttə, təəssüflənirik. Hesab edirik ki, hər kəs bu terror aktının sifarişçilərinə və icraçılarına işıq sala bilənlərin məsuliyyətə cəlb olunduğunda maraqlı olmalıdır. Biz bunu son dərəcə ciddi hesab edirik. Vacibdir, təşəbbüsün keçmədiyinə görə təəssüflənirik, lakin təbii ki, Rusiya tərəfi bu mövzunu ört-basdır etməməkdə davam edəcək”, - Kremlin sözçüsü izah edib.

Cavid