20 May 23:40
29 Mart 2023 12:56
2 555
Əfqanıstan iqtisadiyyatının bərpasının əsas xərclərini ABŞ və onun sattelitləri öz üzərinə götürməlidir.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, Əfqanıstanda vəziyyət mürəkkəb olaraq qalır və uzunmüddətli böhran xarakteri alır: "Birləşmiş Ştatlar və onun sattelitləri Əfqanıstan iqtisadiyyatının münaqişədən sonra yenidən bərpasının əsas xərclərini öz üzərinə götürməlidir", deyə Patruşev qeyd edib.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıqdan danışan Rusiya rəsmisi kiber sferada ümumi yanaşmaları dəstəkləmək və Qərbin bu işə qarışmasına imkan verməmək üçün təşkilata üzv ölkələrin qüvvələrini birləşdirməli olduğunu vurğulayıb.
20 May 20:08
1 204
20 May 17:23
1 288
20 May 16:42
1 372