“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
Bakı aeroportu Novruz bayramı günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
İsrail ordusu İranın daxili təhlükəsizlik qüvvələrini və ballistik raket qərargahlarını vurub
"Fitch": Neftin qiyməti 100 dollar səviyyəsində qalarsa, qlobal resessiya riski artacaq
İran XİN rəhbəri: Müctəba Xamenei sağ-salamatdır, vəziyyət nəzarəti altındadır
29 Mart 2023 19:44
2 996
Almaniya hökuməti Ukraynaya 12 milyard avro dəyərində əlavə hərbi yardım göstərəcək.
Bundestaqın Büdcə Komitəsi Almaniya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin (XİN) çərşənbə günü etdiyi müraciətinə “yaşıl işıq” yandıraraq büdcədənkənar xərclərə icazə verib.
Bildirilib ki, həmin xərclərə 2023-cü ildə 3,2 milyard avronun ödənilməsi və 2024-2032-ci illər periodunda 8,7 milyard avro dəyərində kredit xətləri daxildir.
Koalisiya hökumətini komitədə təmsil edən üç siyasətçi “Reuters“ə bildirib ki, Ukrayna bu maliyyə vəsaiti ilə Almaniya hökumətinin dəstəyi ilə birbaşa olaraq silah-sursat ala biləcək.
Qeyd edək ki, Almaniya XİN-in məlumatına görə, Berlin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Kiyevə 14,2 milyard avrodan çox yardım edib.