Gürcüstanda 31 Mart Azərbaycanlıların soyqırım günü anılıb Dünya

Gürcüstanda 31 Mart Azərbaycanlıların soyqırım günü anılıb

Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 105 il ötür. 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbirstanlıqlar dağıdılıb.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzninin təşəbbüsü ilə “Mart soyqırımına” həsr olunmuş anım tədbiri tarix müəlliməsi Nərgiz Nəbiyevanın başçılığı ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə GAİM-in İcraçı direktoru Murad Muradov açdı və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları soqırımla bağlı lenta alınmış sənədli və bədii filmlər izlədilər. Sonda mərkəzin tarix müəlliməsi Nərgiz Nəbiyevanın moderatorluğu altında bu tarixi hadisə ilə bağlı interaktiv müzakirələr aparılıb.

Cavid