f.jpg)
Ermənistanın Şiraksk vilayətinin Ariç kəndində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını daşıyan küçənin adı dəyişdirilir. Bu barədə Kənd ağsaqqlqr şurası aprelin 14-də yekdilliklə qərar qəbul edib.
Yerli kilsədən təklif ediblər ki, ona Qriqori Lusavoriçin adı verilsin. Son qərar ağsaqqalların növbəti yığıncağında qəbul olunacaq.
Məlumatda o da bildirilir ki, onlar Nazarbayevin adını çoxdan götürmək istəyirlərmiş. Amma hər dəfə "yuxarıdan" razılıq verilmirmiş. Amma Nazarbayevin son siyasi addımları, Azərbaycanı müdafiə etməsi, Yerevandakı mühüm tədbiri faktiki olaraq pozması və nəhayət, Ərdoğanla nümayişkaranə şəkildə qucaqlaşıb görüşməsi səbr kasalarını daşırıb və onlar qəti qərara gəliblər.