Afrika ölkələri Kiyevi qoşunlarını çıxarmadan Moskva ilə danışıqlar aparmağa çağırıb Dünya

Afrika ölkələri Kiyevi qoşunlarını çıxarmadan Moskva ilə danışıqlar aparmağa çağırıb

Bir qrup Afrika ölkəsi Ukraynaya Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması şərtini yerinə yetirmədən Rusiya ilə sülh danışıqlarına başlamağı təklif edir.

"Xalq Cəbhəsi" yazır ki, bu barədə Reuters yazır.

Altı Afrika lideri vahid diplomatik cəbhə kimi çıxış edərək, bu sülh təşəbbüsünü dərhal Kiyevə təklif etmək istəyir. Təşəbbüsü Seneqal prezidenti Macky Sall aparır. İlkin şərt olmadan danışıqlara başlamaq ideyasını Cənubi Afrika prezidenti Siril Ramafosa səsləndirib.

Bundan əlavə, təşəbbüsü Misir prezidenti Əbdülfəttah əs-Sisi, Zambiya - Hakainde Hiçilema, Konqo Respublikası - Denis Sassou Nqesso və Uqanda - Yoveri Museveni də dəstəkləyib.

Cavid