Rusiyanın Belarusda yerləşdirdiyi nüvə silahlarına nəzarət Moskvadadır - Şoyqu Dünya

Rusiyanın Belarusda yerləşdirdiyi nüvə silahlarına nəzarət Moskvadadır - Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Belarus ərazisində qeyri-strateji nüvə silahı yerləşdirən Rusiya onu respublikaya vermir, ona nəzarət edir və onun istifadəsi ilə bağlı qərar Moskvanın ixtiyarındadır.

"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu bu gün Moskvada Rusiyanın qeyri-strateji nüvə silahlarının xüsusi bölmədə saxlanması prosedurunu müəyyən edən sənədlərin imzalanması zamanı deyib. Xatırladaq ki, Belarus tərəfi adından sənədləri respublikanın müdafiə naziri Viktor Xrenin imzalayıb.

Bununla yanaşı, Şoyqu qeyd edib ki, “gələcəkdə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək və hərbi-siyasi vəziyyətə cavab vermək üçün əlavə tədbirlər görülə bilər”.

Cavid