Hindistanda avtobus qəzaya uğrayıb, 10 nəfər ölüb Dünya

Hindistanda avtobus qəzaya uğrayıb, 10 nəfər ölüb

Hindistanda baş vermiş avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 50-dən çox sərnişin xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “İndian Express” nəşri məlumat yayıb.
Qeyd olunub ki, zəvvarları aparan avtobus təyinat yerinə təxminən 15 kilometr qalmış Hindistanın şimalında dərəyə aşıb. Qəza zamanı avtobusda 65 nəfərin olduğu bildirlib.

Polisin məlumatına əsasən, qəzaya səbəb kimi ilkin olaraq sərnişinlərin sayının və yükün icazə verilən həddi keçməsi göstərilib.

Həmçinin əlavə olunub ki xilasetmə əməliyyatı demək olar ki, başa çatdırılıb.