“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
1 İyun 2023 10:56
2 261
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə rəsmi səfər edəcək.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlük məsələsini müzakirə edəcək.
Məlumata əsasən, görüşün dəqiq vaxtı bəlli olmasa da tərəflər görüş üçün müvafiq danışıqlar aparıb.
Məlumat üçün bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.
Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
17 Mart 21:33
1 029
17 Mart 21:32
1 092
17 Mart 21:30
1 008