Nadejda Savçenko Rusiya hərbçiləri ilə dəyişdirilib Dünya

Nadejda Savçenko Rusiya hərbçiləri ilə dəyişdirilib

Ukraynalı pilot: "Mənə pislik arzulayanlara təşəkkür edirəm, sizin acığınıza sağ qala bildim"

Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenko azadlığa buraxılıb.
Rusiya prezidenti Vladimir Putin bu ölkədə həbsdə olan ukraynalı hərbçi Nadejda Savçenkonun əfv edilməsi barədə sərəncam imzalayıb.
Bunun qarşılığıbda Ukrayna prezidenti Pyotr Poroşenko da Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun əvf edilməsi barədə sərəncam verib.
Rusiya prezidentinin mətbuat katiib Dmitri Peskov Ukraynanın Milli Qəhrəmanı Nadejda Savçenkonun Kiyevdə olduğunu təsdiqləyib. Bildirilib ki, Savçenkonun əfv olunmasını onun qətlə yetirdiyi rus jurnalistlərin valideynləri xahiş edib.
Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı hərbçi, Milli Qəhrəman Nadejda Savçenkonun vətənə qayıtması münasibətlə ölkə vətəndaşları və bütün dünyanı təbrik edib: "Bizim Nadya artıq Ukrayna torpağındadır. Ukraynalıları və bütün dünyanı qələbə günü münasibətilə təbrik edirəm".
Borispol hava limanında mətbuata açıqlama verən Savçenko ona pislik arzulayanlara təşəkkür etmək istədiyini bildirib: "Çünki onların acığınıza sağ qala bildim. Eyni ilə mənə yaxşılıq arzu edənlərə, minnətdaram, çünki sizə görə sağ qaldım. Biganə qalanlara da təşəkkür edirəm ki, mənə maneçilik törətmədiniz".
O həmçinin Donbasda hərbi əməliyyatlar zamanı həlak olanların valideynlərindən üzrhaqlıq edib: "Onların övladları qayıtmadılar, mən isə sağ qaldım. Mən ölənləri qaytara bilmirəm, lakin bir daha həyatımı döyüş meydanında qoymağa hazıram. Əlimdən gələni edəcəyəm ki, məhbəsdə olan hər kəs azadlığa çıxsın".