Gürcüstanla Ukrayna arasında GƏRGİNLİK ARTIR - Zelenskinin açıqlaması aranı qarışdırdı Dünya

Gürcüstanla Ukrayna arasında GƏRGİNLİK ARTIR - Zelenskinin açıqlaması aranı qarışdırdı

Gürcüstanla Ukrayna arasında münasibətlər gərginləşir.

Trend xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və şəxsən şirkətin qurucusu Tamaz Qaişviliyə qarşı sanksiyalar tətbiq etmək barədə qərarı ikitərəfli münasibətlərə ciddi təsir edəcək addım kimi qarşılanıb.

Gürcü aviadaşıyıcılarının qarşı tərəfin qəzəbinə tuş gəlmələrinin səbəbi Tbilisinin öz maraqlarından çıxış edərək Rusiya ilə aviadaşımaları bərpa etməsidir. “Georgian Airways” aviaşirkətinin rəhbəri artıq hökumət qarşısında qarşı tərəfə cavab addımları atılmasını tələbi irəli sürüb. Onun sözlərinə görə, Rusiyaya Türkiyə, ərəb ölkələri, İsrail Azərbaycan, Ermənistan Asiya və Mərkəzi Asiya dövlətlərinin aviaşirkətləri uçuşlar həyata keçirir: “Lakin sanksiyalar altına “Georgian Airways” düşür və buna da cavab olmalıdır. Özü də Rusiya ilə aviauçuşların bərpası barədə qərarı məhz Gürcüstan hökuməti qəbul edib”.
Şirkət rəhbəri söyləyib ki, Kiyevin şəxsən ona qarşı qəbul etdiyi sanksiya qərarı siyasidir.