“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
Avstraliya Baş naziri ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını açıqlayıb
Çində tekstil fabrikində baş verən yanğında səkkiz nəfər həlak olub
Vaşinqton və Pekin süni intellekt üzrə yeni dialoq mexanizmi yaradır
İran hərbçiləri: ABŞ regionda yeni hərbi əməliyyatlara hazırlaşır
Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər həlak olub, 30 nəfər xəsarət alıb
1 Sentyabr 2023 06:08
2 660
Avropa İttifaqı (Aİ) 10 yeni dövlətin ittifaqa daxil olmasına səbəb olacaq yeni genişlənməyə hazırlaşmalı və onların qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.
Bu barədə Aİ xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bildirib.
"Genişlənmə ideyası bizim müzakirəmizin əsas mövzusu idi. Ukrayna Aİ-nin, Qərbi Balkanların da yeni üzvü olmalıdır. Ukraynadakı müharibə Aİ-nin genişlənməsi prosesini sürətləndirdi. Bu, ləyaqətə əsaslanan bir prosesdir, lakin eyni zamanda, düşünürəm ki, siyasi məqsədləri müəyyən etmək, prosesə təkan vermək yaxşı olardı. Bu, bizə də aiddir. Çünki biz 10 yeni Aİ üzvünü qəbul etməyə hazır olmalıyıq. Bu şərtlər daxilində müəyyən üfüqün müəyyənləşdirilməsi, qəbul üçün vaxt çərçivəsi bizə Aİ ölkələrinin və namizəd ölkələrin səylərini cəmləşdirməyə imkan verəcək”, - Borrel deyib.