

6 Fevral 17:09
6 Fevral 16:02
Heç bir fərdi sanksiyalar Gürcüstanla münasibətlərə baxışımızı dəyişməyəcək
Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
“Biz bu gün 150-dən çox şəxsə və şirkətə sanksiya tətbiq etmişik və mən bu sanksiyaların heç biri haqqında tam ətraflı danışa bilmərəm. Mən sizi bu gün dərc etdiyimiz və Xəzinədarlıq Departamentinin açıqladığı məlumatlara yönləndirəcəyəm ..
Qeyd edim ki, biz gürcü xalqı və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azad və suveren ölkə olmaq istəyi ilə həmişə həmrəy olmuşuq. Son 30 il ərzində biz Avro-Atlantik ailənin tam inteqrasiya olunmuş üzvü kimi Gürcüstanın ümumi baxışı istiqamətində çalışaraq strateji tərəfdaşlara çevrilmişik. Heç bir fərdi sanksiyalar bizim münasibətlərə baxışımızı dəyişdirmir”, - Miller bildirib.
Cavid