“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
13 Oktyabr 2023 08:29
2 212
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarına deyib ki, İsrailin baş naziri Binyamin Netanyahunun istefasını istəyir.
"Xalq Cəbhəsi" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, son günlər Tramp Respublikaçı tərəfdarları ilə telefon danışıqları aparıb və bu danışıqlar zamanı eks-prezident “Netanyahunu təhqir etmək üçün qeyri-adi vaxt sərf edib”.
Tramp “Netanyahunun 2025-ci ildə vəzifəyə başlayacağı vaxta qədər istefaya getməsi arzusunu ifadə edib”.
Onun fikrincə, Netanyahu bunu İsrailin səlahiyyət müddətində “fəlakətli kəşfiyyat uğursuzluğuna” görə etməlidir.
Jurnalın qeyd etdiyi kimi, ABŞ-ın keçmiş prezidenti Fələstinə hər cür yardımın dayandırılmasının vacibliyindən də danışıb.
Daha əvvəl Truth Social sosial şəbəkəsində Tramp yazmışdı ki, əgər o, ABŞ administrasiyasının rəhbəri olsaydı, Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsi baş verməzdi.
Cavid