Şimali Koreya beşinci nüvə sınağını uğurla keçirdiyini iddia edir Dünya

Şimali Koreya beşinci nüvə sınağını uğurla keçirdiyini iddia edir

Şimali Koreya iddia edir ki, onlar beçinci nüvə sınağını uğurla həyata keçirib. Mediada yayılan açıqlama nüvə sınağı keçirilən əraziyə yaxın yerlərdə yüksək seysmik hadisə qeydə alındıqdan bir neçə saat sonra yayılıb. Cənubi Koreya düşünür ki, Şimali Koreya ən böyük nüvə testini keçirib və qorxur ki, onlar nüvə sahəsində real yüksəliş edib. Cənubi Koreya prezidenti Park Geunhye bunu, lider Kim Jonqun "manyakcasına düşüncəsizliyinə" işarə edən "özünü məhvetmə" aktı adlandırıb.
Cənab Park deyib ki, beşinci nüvə sınağı ilə "Kim Jong-un rejimi yalnız daha çox sanksiya və məhdudiyyət qazanacaq". "Bu cür təxribat hərəkətlər özünə qəsd yolunu daha da sürətləndirir." Nüvə sınağı aparılan əraziyə yaxın yerlərdə 5,3 bal gücündə zəlzələ hiss olunub. Şimali Koreya deyilənləri şərh etməyib, lakin təhlilçilər ehtiyat edirlər ki, bu, ölkənin nüvə sahəsində tərəqqi etməsinin əlaməti ola bilər. Yonhap xəbər agentliyinin yaydığı məlumatda Cənubi Koreyanın Qərargah rəisi deyib: "Bizim qiymətləndirməmizə görə, Şimal ən böyük sınağı həyata keçirir."
Bəyanatda deyilir ki, indiki nüvə sınağı gücünə görə sonuncu dəfə, yanvar ayında keçiriləndən iki dəfə çox kimi qiymətləndirirlir. Həmin vaxt Şimal bəyan etmişdi ki, onların hidrogen bombası sınağı çox uğurla keçib, lakin bir çox təhlilçilər buna şübhə ilə yanaşıb. Dünya seysmik aktivliyinin monitorinqini aparan ABŞ Geoloji Xidmət bürosu bir qədər əvvəl deyib ki, nüvə sınağının keçirildiyi Punggyedə titrəyiş qeydə alıb.
Onların dediyinə görə, buna səbəb "partlayış" olub, lakin dəqiq olaraq hansı növ olduğunu deyə bilməyib. Son peyk təsvirləri də həmin ərazidə yüksək aktivliyin olduğunu göstərir və bu, beşinci nüvə sınağının keçirilməsi ehtimalını qaçılmaz edir. Cümə günü Şimali Koreyada hazırki rejimin bərqərar olması münasibətilə Milli Gün qeyd olunur. Ölkə hərbi gücünü göstərmək üçün bu cür bayramlardan tez-tez istifadə edir.