“Britaniya Avropa İttifaqından çıxa bilməyəcək” Dünya

“Britaniya Avropa İttifaqından çıxa bilməyəcək”

"Danışıqların tonu sərtləşərsə, Birləşmiş Krallıq "Brexit"dən (Avropa İttifaqını tərk etmək) imtina edə bilər".
"Daily Telegraph" bu proqnozu Avropa İttifaqındakı yüksək rütbəli məmurlara istinadən yayıb.
Adlarının çəkilməsini istəməyən müsahiblər qəzetə bildiriblər ki, Berlin, Paris və Brüsselin sərbəst hərəkətetməyə dair şərtləri sərtləşdirəcəyi təqdirdə, Britaniyanın Avropa İttifaqından çıxacağına inanmırlar:
Beşdən çox mənbə qəzetə bildirib ki, Britaniya bürokratik kabusun reallıqları ilə üzləşsə, "Brexit"i sona qədər davam etdirə bilməyəcək. Üstəlik ortada Britaniyanın öz iqtisadiyyatına vura biləcəyi ziyan da var.
"Brexit"lə bağlı danışıqlarda iştirak edən bir britaniyalı məmur isə bütün bunları Avropa İttifaqının oyunu adlandırıb: "Yəqin Avropa İttifaqında hesab edirlər ki, onların bu oyunu bizi fikrimizdən daşındıracaq. Bu çox təhlkəli oyundur və çətin ki sonu uğurlu ola".