Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
26 Fevral 2024 10:33
2 562
İsrail Müdafiə Qüvvələri ölkənin hərbi-siyasi kabinetinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını təqdim edib.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib.
“Hərbi-siyasi kabinetin iclasında İsrail ordusu Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını və gələcək əməliyyat planlarını təqdim edib”, - məlumatda deyilir. "Qəzza zolağına humanitar yardımın tədarükü planı da təsdiqlənib", - baş nazirin ofisi əlavə edib.
Netanyahu fevralın 24-də bildirib ki, o, Qəzza zolağının cənubundakı Rəfah şəhəri ilə bağlı fəaliyyət planını, o cümlədən mülki əhalinin ərazidən çıxarılmasını hökumətin təsdiqinə təqdim edəcək.
Cavid