Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər Dünya

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması mövzularında məsləhətləşmələr aparıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatlar Ukraynadakı münaqişəni, o cümlədən onun siyasi və diplomatik həlli perspektivlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin və bu məsələnin ilk növbədə regional formatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar.