Almaniyadan PKK tərəfdarlarına dəstək Dünya

Almaniyadan PKK tərəfdarlarına dəstək

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinin həbsindən sonra Almaniya diplomatik addımlar atmağa başlayıb.
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyənin Berlindəki səfirliyinin müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Məlumata görə, Ştaynmayer Türkiyədəki həbslərlə bağlı bilgi alıb.
Ştaynmayer deyib ki, terror və ya dövlət çevrilişinə cəhd müxalifətçiləri həbsə atmaq üçün bəhanə kimi istifadə edilə bilməz.
"Türkiyədə kürd siyasətçi və millət vəkillərinin həbs olunması vəziyyəti daha da kəskinləşdirib. Bununla belə, istər terrorla mübarizə, istərsə də dövlət çevrilişi cəhdindən sonra lazımi addımlar atılması Türkiyənin ən təbii haqqıdır. Amma bunlar müxalifətin səsini tamamilə kəsmək və onları dəmir barmaqlıqlar arxasına salmaq üçün bəhanə ola bilməz"