Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
DSX qurumlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir
Azərbaycanda İncəsənət Olimpiadası keçiriləcək, qaliblər ali məktəbə imtahansız qəbul ediləcək
İMQ HAMAS-ın təchizat və logistika rəhbərini məhv etdiyini açıqlayıb
9 Aprel 2024 18:27
5 383
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində magistral yolda terror aktı törədilib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata əsasən, terrorçular iki polis avtomobilinə hücum ediblər. Nəticədə 6 polis məmuru öldürülüb və bir neçə nəfər də yaralanıb.
Qeyd edilir ki, “Ceyş əl-Ədl” terror qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.
Xatırladaq ki, son günlər İranın Sistan və Bəluçestan vilayətində polis məmurları və hərbçilərin ölümü ilə nəticələnən ardıcıl bir neçə terror aktları baş verib.