“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Aprel 2024 17:38
3 360
İran İsrailin nüvə mərkəzlərinin yerini müəyyən etdiyini və qarşı tərəf hücum edəcəyi təqdirdə bu mərkəzləri məhv edəcəyini bildirib.
Trend xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Nüvə Müdafiəsi və Təhlükəsizlik bölməsinin rəhbəri, general Əhməd Həqtəlab deyib.
Onun sözlərinə görə, Tehran bütün hədəflər barədə lazımi məlumata malikdir və İsrailin İrana mümkün hücumu baş verərsə, bu hədəfləri məhv etmək üçün güclü raketlər buraxmağa hazırdır.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.
19 Sentyabr 12:42
917
19 Sentyabr 12:38
882
19 Sentyabr 11:26
959